Ağır qəza: Ana və övladı yaralanıb
02.04.2024 21:02
573
Siyasət
A
Ağır qəza: Ana və övladı yaralanıb

Xobi bələdiyyəsinin Çaladid kəndində baş verən yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb.

Aktual.ge xəbər verir ki, yaralıların ana və oğul olduqları məlum olub.

Əldə olan məlumata görə, avtomobilin sürücüsü idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb və daha sonra ağaca çırpılıb.

Hadisə nəticəsində yaralılar təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb. Həkimlərin sözlərinə görə, gəncin vəziyyəti ağır, qadının vəziyyəti isə orta ağırdır.

ŞƏRH YAZ
3