Tbilisidə mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
02.04.2024 21:59
386
Siyasət
A
Tbilisidə mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Tbilisinin Qorqasali küçəsində yol qəzası baş verib.

Aktual.ge xəbər verir ki, mikroavtobus və BMW markalı minik avtomobili toqquşub. Avtomobil sürücüsünün ağır, mikroavtobus sürücüsünün isə yüngül xəsarət aldığı məlum olub.

Yaralılar klinikaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub.

ŞƏRH YAZ
2