İran parlamentinin üzvü İsrailin Bakıdakı səfirliyinə hücum təklif edib
02.04.2024 22:15
298
Siyasət
A
İran parlamentinin üzvü İsrailin Bakıdakı səfirliyinə hücum təklif edib

İsrailin Dəməşq şəhərində İranın konsulluğuna zərbə endirməsindən sonra Təl-Əvivə qarşı səsləndirilən təhdidlərdə Azərbaycanın da adı çəkilir.

Aktual.ge xəbər verir ki, bu qəbildən olan çıxışlardan biri İran parlamentinin üzvü Cəlal Rəşidi Kuçi tərəfindən edilib.

O, İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyinə hücum etməyi təklif edib:

“Sionist rejimin İran torpağına hücumuna qəti cavab verməkdə tərəddüd və səbir etmək İranın izzət və abrına ağır zərbədir. Təklif edirəm ki, cavab olaraq bu ölkənin qonşu ölkələrdəki diplomatik mərkəzlərindən birinə, əsasən Azərbaycandakı nümayəndəliyinə zərbə endirilsin”.

Qeyd edək ki, ötən gün İsrailin Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı, 5 zabiti, o cümlədən diplomatlar həlak olub.

ŞƏRH YAZ
11