Bir gündə 3 oğurluq və soyğunçuluq hadisəsi baş verib
03.04.2024 01:27
943
Kriminal
A
Bir gündə 3 oğurluq və soyğunçuluq hadisəsi baş verib

Batumidə bir gündə üç oğurluq və quldurluq hadisəsi qeydə alınıb.

Aktual.ge xəbər verir ki, bu barədə yerlu "Adjara Times" nəşri məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi artıq hadisələr ilə bağlı araşdırmalara başlayıb.

Faktlara gəlincə, nəşrin məlumatına görə, ilk hadisə Batumi bulvarında, Ardaqan gölünün yaxınlığında baş verib, vətəndaşın onlara verdiyi məlumata görə, iki oğlan gənc qızın pul kisəsini oğurlayıb. Yoldan keçənlər quldurları tutmağa çalışsalar da, heç bir nəticəsi olmayıb.

İkinci fakt “Maqnoliya” kompleksində qeydə alınıb, orada xarici vətəndaşdan velosiped və ona birləşdirilmiş uşaq oturacağı oğurlanıb. Zərərçəkmişin dediyinə görə, velosiped girişdə saxlanılsa da, xüsusi kronşteynlə bağlanıb.

Üçüncü oğurluq hadisəsi Mamiya Varşanidze küçəsində baş verib. Soyğunçular avtomobilin qapısınl sındıraraq oradan bel çantası, şəxsi əşyaları və xarici ölkə vətəndaşlığını təsdiq edən sənədləri oğurlayıblar.

Daxili İşlər Nazirliyindən nəşrə bildiriblər ki, faktlarla bağlı Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə araşdırma aparılır.

ŞƏRH YAZ
3