Hava şəraiti kəskin pisləşəcək:
03.04.2024 01:37
812
Maraqlı
A
Hava şəraiti kəskin pisləşəcək: "Əhalini diqqətli olmağa çağırırıq"

“Hava şəraitinin kəskin pisləşməsi gözlənilir”.

Aktual.ge xəbər verir ki, bu barədə 112 (İctimai Təhlükəsizlik Mərkəzi) əhalini hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdarlıq edib və əhalini diqqətli olmağa çağırış edilib.

"Məlumat üçün bildirək ki, aprelin 3-4-də Gürcüstanın əksər rayonlarında hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir. Biz əhalini diqqətli olmağa çağırırıq”, - 112-nin məlumatında deyilir.

Bundan əvvəl Milli Ətraf Mühit Agentliyi bəyanat yayıb ki, Gürcüstanda aprelin 3-ü günortadan 4-ü səhərədək güclü küləyin əsəcəyi gözlənilir.

Aprelin 4-ü səhər saatlarına qədər Gürcüstanda güclü qərb küləyinin əsəcəyi gözlənilir. Dənizdə 3-4 bal gücündə fırtına dalğası mümkündür. Axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

ŞƏRH YAZ
0