Çində güclü külək və dolu nəticəsində 7 nəfər ölüb
03.04.2024 10:15
179
Siyasət
A
Çində güclü külək və dolu nəticəsində 7 nəfər ölüb

Çinin şərqində yerləşən Tszyansi əyalətində 7 nəfər güclü külək və dolunun düşməsi nəticəsində ölüb, 93 minə yaxın insan isə zərər çəkib.

Aktual.ge TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin daşqınlara qarşı mübarizə qərargahı məlumat yayıb.

Qeyd edilib ki, martın 31-dən 9 şəhər və 54 rayon təbii fəlakət zonasındadır. Təcili yardım xidmətləri 800-dən çox insanı təhlükəsiz yerlərə təxliyə edib. Dolu 5,7 min hektar sahədə kənd təsərrüfatı bitkilərini məhv edib. Bundan başqa, 90-dan çox tikili tamamilə dağılıb və ya onlara ciddi ziyan dəyib.

İlkin hesablamalara görə, təbii fəlakət əyalətə 150 milyon yuan (təxminən 21,1 milyon ABŞ dolları) məbləğində birbaşa iqtisadi ziyan vurub.

ŞƏRH YAZ
3