Kateqoriyalar
Batumidə bir gündə 3 oğurluq hadisəsi qeydə alınıb.Aktual.ge xəbər verir ki, ilk hadisə Batumi bulvarında, Ardaqani gölünün yaxınlığında baş verib, iki oğlan gənc qızın çantasını oğurlayıb. Yoldan keçənlər soyğunçuları tutmağa çalışsalar da, heç bir nəticəsi olmayıb.
İkinci fakt “Maqnoliya” kompleksində qeydə alınıb, orada xarici vətəndaşın velosiped və ona birləşdirilən uşaq oturacağı oğurlanıb. Üçüncü oğurluq hadisəsi Mamiya Varşanidze küçəsində baş verib. Bu zaman soyğunçular avtomobili sındıraraq oradan çantanı, şəxsi əşyaları və xarici ölkə vətəndaşlığını təsdiq edən sənədləri oğurlayıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə araşdırma aparılır.