
Kateqoriyalar
Tbilisinin Tsereteli prospektində yerləşən “OK” şaurma obyektinin fəaliyyəti dayandırılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat verib.
Məlumata görə, şauarma üçün nəzərdə tutulmuş qızardılmış donuz ətində Salmonella, həmçinin Proteus bakteriyaları, koliformalar, aerob mikroorqanizmlər və kif göbələkləri aşkar edilib.
Ciddi uyğunsuzluqlara görə “Madl” MMC-nin fəaliyyəti dayandırılıb və qanunvericiliyə uyğun olaraq cərimə edilib.