Papuaşvili: “Rus qanunu
03.04.2024 12:39
359
Siyasət
A
Papuaşvili: “Rus qanunu" deyən hər kəsin mikrofonunu söndürəcəm”

Parlamentin sədri Papuaşvili müxalifəti Rusiya qanunu ifadəsi işlədilərsə, mikrofonu söndürməklə hədələyib.

Aktualge xəbər verir ki Papuaşvili də komanda yoldaşları kimi Gürcüstan parlamentinin heç bir Rus qanununu qəbul etmədiyini iddia edir.

“Ötən il başımıza gələn bu hadisə sizin başınıza gəlmədi... bir daha deyirəm, bu, Gürcüstan parlamentində apardığınız anti-gürcü təbliğatıdır və sizə parlamentdə belə yüksək səslə danışmağa icazə verilməyəcək. "Rus qanunu" deyən hər kəsin mikrofonunu söndürəcəm”,- Papuaşvili deyir.

 

Qeyd edək ki, sözügedən qanun layihəsi ilk dəfə 2023-cü ilin fevralında parlamentə təqdim edilib. Lakin Prezident Salome Zurabişvili, eləcə də ABŞ Dövlət Departamenti, Gürcüstanın digər beynəlxalq tərəfdaşları qanun layihəsinin ölkədə söz və mətbuat azadlığını məhdudlaşdıracağını, QHT nümayəndələrini “xarici agent” kimi damğalayacağını bəyan edərək “Gürcü Arzusu”nu qanun layihəsindən imtina etməyə çağırıb.

Qanun layihəsi ilə əlaqədar ötən ilin martında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən Tbilisidə genişmiqyaslı etiraz aksiyaları təşkil edilib. Aksiyaların polislə iğtişaşlara çevrilməsindən sonra hakim partiya qanun layihəsini ikinci oxunuşda rədd edib. Ölkə müxalifəti hakimiyyəti “Rusiya qanunu” hazırlamaqda ittiham ediblər.

ŞƏRH YAZ
7