Mdinaradze: ABŞ-ın keçmiş səfiri ötən il vətəndaşlara biabırçı yalan danışdı
03.04.2024 12:53
260
Siyasət
A
Mdinaradze: ABŞ-ın keçmiş səfiri ötən il vətəndaşlara biabırçı yalan danışdı

"Kelly Degnan ötən il Gürcüstan vətəndaşlarına qarşı biabırçı yalan danışaraq, Rusiyada qüvvədə olan qanunla heç bir əlaqəsi olmayan Amerika qanunundan kopyalanan qanun layihəsini “rus qanunu” adlandırdı. 

Aktual.ge xəbər verir ki, bu barədə  brifinqdə “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib.

“İndiyədək QHT-lərin dövlət əleyhinə hərəkətləri və onların radikal siyasi gündəmlərinə görə məsuliyyəti heç bir maliyyələşdirən öz üzərinə götürməyib. Həmçinin, radikal müxalifətə mənsub bir sıra KİV-lər tərəfindən 2020-ci ildə keçirilən seçkilərin qeyri-legitimləşdirilməsi ilə bağlı xaricdən maliyyələşdirilən saxta kampaniyanın məsuliyyətini heç kim üzərinə götürməyib. Ən narahatedicisi isə odur ki, bu isterik kampaniyaya dövlətlərdən birinin səfiri olan şəxs rəhbərlik edirdi, amma əslində o, Gürcüstanda həmin ölkənin deyil, “Qlobal Müharibə Partiyası”nın maraqlarını təmsil edirdi. Məlum oldu ki, onun gizlətdiyi çox şey var idi.

 “Avropa Demokratiya Fondu” (EED) tamamilə kobud davranaraq, seçki məqsədləri üçün siyasi partiyanı həyasızcasına maliyyələşdirib. Qeyd edək ki, “Avropa Demokratiya Fondu” artıq 2024-cü il seçkilərinə qeyri-legitim təsir göstərib. Biz Amerika və Avropanın ən böyük fondları, o cümlədən Milli Demokratiya Fondu (NED) və Avropa Demokratiya Fondunun (EED) maliyyə şəffaflığı ilə bağlı məsləhətləşmələr aparmışıq. Lakin bu vəsaitlərin şəffaflığının təmin edilməsində heç bir irəliləyiş əldə etməmişik",-Mdinaradze deyib.

ŞƏRH YAZ
5