Tbilisi, Rustavi və Çxorotskuda “oğru dünyası" ilə əlaqəsi olan 8 nəfər saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Sözügedən şəxslər oğru dünyasının üzvü olmaq, oğru dünyasının fəaliyyətinə dəstək vermək, oğru dünyasının üzvünə müraciət etmək ittihamı ilə saxlanılıblar
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri intensiv istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, xarici ölkə vətəndaşı arasında tikinti biznesi zəminində maliyyə mübahisəsi yaranıb. Mübahisəli məbləğ 130.000 lari təşkil edib. Şirkətin əməkdaşı xarici ölkə vətəndaşına kömək edəcəyinə söz verib və pulu “oğru” üsulla çıxarmaq üçün kriminal avtoritetlərə müraciət edib.
Kriminal avtoritetlər işə “qanuni oğruları” – Nika Gitolandiya və Nodar Şukakidzeni cəlb ediblər. Bundan sonra onlar “oğru hesablaşması” təşkil edərək mübahisə edən tərəflərdən birinə müəyyən müddət ərzində digərinə, həm də onların xeyrinə müəyyən məbləğdə pul ödəməyi tapşırıblar.
Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları mobil telefonlar maddi sübut kimi götürülüb.
Təqsirləndirilən şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.