Parlamentdə deputatlar arasında qarşıdurma olub
03.04.2024 14:20
253
Siyasət
A
Parlamentdə deputatlar arasında qarşıdurma olub

Parlamentin bugünkü sessiyası deputatlar arasında qarşıdurma ilə başlayıb.

Aktual.ge xəbər verir ki, müxalif "Vətəndaşlar" partiyasından olan deputat Aleko Elisaşvili hakim "Gürcü Arzusu" partiyasının "xarici agentlər" haqqında qanun layihəsini yenidən parlamentə təqdim etməsinin hər kəsə qarşı təhqir olduğunu və bunun "Rus qanunu" olduğunu deyib.

Elisaşvilinin bəyanatını hakim partiyadan olan deputatlar etirazla qarşılayıblar, bu isə daha sonra qarşıdurmaya çevrilib.

Parlament sədri Şalva Papuaşvili deputatların "Rusiya qanunu" sözündən istifadə etməmələrini tələb edib.

Spiker daha sonra Aleko Elisaşvilini iclas zalından çıxardıb.

ŞƏRH YAZ
1