Qızılhacılı seçki məntəqəsinin üzvü fərqli siyasi baxışına görə vəzifədən uzaqlaşdırılıb
19.10.2020 19:18
1220
Siyasət
A
Qızılhacılı seçki məntəqəsinin üzvü fərqli siyasi baxışına görə vəzifədən uzaqlaşdırılıb
Marneuli rayonunun Qızılhacılı kəndinin seçki məntəqəsinin komissiya sədr müavini, komissiya üzvünü fərqli siyasi baxışa sahib olduğu üçün onu istefa verməyə məcbur edib. Aktual.ge xəbər verir ki, bu haqda “Mtavari Arxi” telekanalı xəbər yayıb. Telekanalın xəbərinə görə, Qızılhacılı seçki məntəqəsinin üzvü Valeh Mustafayev həmin məntəqənin sədr müavini Nurlan Məmişov tərəfindən vəzifədən uzaqlaşmağa vadar edilib və V.Mustafayevin bu tələbə itaət etmədiyi təqdirdə vəzifədən zorla azad ediləcəyi bildirilib. V.Mustafayev məsələ ilə bağlı ərizə yazaraq öz şikayətini bildirmək istəyib lakin ərizəni vermək üçün Marneuli Məntəqə Komissiyasına gəldiyi zaman onun binaya girməsinə icazə verilməyib. “Qızılhacılıda seçki məntəqə komissiyasının üzvü idim. Həmin məntəqənin sədr müavini Nurlan Məmişov məni ərizə yazaraq vəzifədən ayrılmağa məcbur etdi. O, mənə başqaları üçün işlədiyimi və burada olmağını istəmirik dedi. Ərizə yazdım və ərizəmi bu gün Marneuli Məntəqə Komissiyasına gətirdim, lakin məni içəri buraxmadılar”,- deyə V. Mustafayev deyib.
ŞƏRH YAZ
7