ABŞ mətbuatına açıqlama verən İsrail və Amerika rəsmiləri İsrailin Baş naziri Binyamin Netanyahunun döyüş kabinetinin İrana qarşı “əks hücum”a hazırlaşdığını və hücumun hər an baş verə biləcəyini iddia ediblər.
Aktual.ge xəbər verir ki, İsrailin dövlət televiziyası KAN, İsrail Hərbi Hava Qüvvələrinin İrana hücuma hazırlığını başa çatdırdığını açıqlayıb.
Digər tərəfdən, İran mümkün İsrail hücumu üçün 3-cü səviyyəli təhlükəzilik vəziyyətinə keçib.
Aprelin 13-də İranın PUA və İsrailə raket hücumunun dəqiq vaxtını da bilən ABŞ-da yerləşən NBC telekanalı İsrailin İrana hər an hücum edə biləcəyini açıqlayıb.
Adı açıqlanmayan İsrail rəsmisi Amerikanın CNN kanalına açıqlama verərək bildirib ki, İsrail İrana qarşı hücuma keçmək üçün bütün variantları dəyərləndirir.