Dövlətin xarici borcu 8,722 milyard dollar təşkil edir
18.04.2024 17:47
232
Siyasət
A
Dövlətin xarici borcu 8,722 milyard dollar təşkil edir

2024-cü ilin mart ayına olan məlumata görə, Gürcüstanın dövlət xarici borcu 8,722 milyard dolları, bugünkü məzənnə ilə isə 23,510 milyard larini ötüb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin açıqladığı məlumatda qeyd olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə 249,843 milyon dollar çoxdur.

Qeyd edək ki, həmin hesabat dövründə hökumətin xarici borcu xüsusi olaraq artıb, Milli Bankın borcu isə azalıb. Daha dəqiq desək, dövlət borcu mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 287 milyon dollara yaxın artaraq 8 milyard 326 milyon dollar olubsa, 2023-cü ilin martında bu rəqəm 8 milyard 39 milyon dollar olub. Milli Bankın borcu 433,164 milyon dollardan 396,553 milyon dollara qədər azalıb.

ŞƏRH YAZ
10