Parlamentin sədri:
19.04.2024 01:31
259
Siyasət
A
Parlamentin sədri: "Biz inadla xəttimizi davam etdirəcəyik"

"Biz inadla xəttimizi davam etdirəcəyik və arqumentlər tələb edəcəyik".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili "İmedi" telekanalının efirindı qonaq olarkən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsindən danışarkən bildirib.

Spiker "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi barədə konkret deyib ki, xəttimizi davam etdirəcəyik.

Parlament sədrinin sözlərinə görə, opponentlərin məqsədi “Qara pulları” gizlətməkdir.

“Cəmiyyəti cəlb etməyə çalışan bu kasta, QHT-siyasi simbioz var. Yeganə məqsəd o qara pulları gizlətməkdir - vergilərin gizlədildiyi maliyyə mənasında yox, təyinatına görə qeyri-şəffaf olması ilə bağlı qara pullar. Bunun üçün nə qədər enerji sərf olunur və bu qədər enerji sərf etmək üçün nə qədər şey ört-basdır edilir”, - Şalva Papuaşvili qeyd edib.

ŞƏRH YAZ
13