Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb
19.04.2024 10:14
258
Siyasət
A
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyanın ötən gecə Ukraynanın Dnepr vilayətinə təşkil etdiyi raket hücumu nəticəsində altı nəfər ölüb.

Aktual.ge UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həlak olanlardan ikisi uşaqdır.

Bundan başqa, hücum nəticəsində daha iki nəfərin yaralandığı qeyd olunub.

Ölənlərin sayının artacağı istisna edilmir.

ŞƏRH YAZ
9