Ərdoğan İsrail və İran arasındakı gərginliyə belə reaksiya verdi
19.04.2024 17:13
359
Dünya
A
Ərdoğan İsrail və İran arasındakı gərginliyə belə reaksiya verdi

İsrail və İran fərqli şeylər deyir.

Aktual.ge “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həm Tehran, həm də Təl-Əviv müxtəlif mövqelər ortaya qoyurlar: “ABŞ-nin çoxsaylı açıqlamaları göstərir ki, bu dövlət İsrailin yanındadır. Hər kəs Fələstinin, ABŞ isə İsrailin yanındadır. Onsuz da fərqli davranış gözləmirdik”.

Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib. İsrail isə ötən gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib.

ŞƏRH YAZ
1