
" "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi “Gürcü Arzusu” tərəfindən yenidən qəbul edilmiş hazırkı redaksiyası Gürcüstanın Avropa maraqlarına uyğun gəlmir".
Aktual.ge "Delfi" nəşrinə istinadən xəbər verir ki, bu barədə Litva xarici işlər naziri Qabrielius Landsbergi deyib.
"Hər bir dövlətin demokratik yolla seçilmiş parlamentdə istədiyi kimi qanunlar qəbul etmək hüququ var. Heç kim həmin dövlətin suverenliyini məhdudlaşdırmağa çalışmır. Lakin Avropa Birliyinə üzv olmaq istəyən dövlət fəal şəkildə danışıqlara başlamaq istəyir, fəal şəkildə namizəd statusunun verilməsinə çalışır və başqa addımlar atır. O, həm üzv olmaq istədiyi təşkilatın qəbul etdiyi qaydaları, həm də normaları nəzərə almalıdır”, - Landsberg deyir.
O xatırladıb ki, bir il əvvəl hökumət və parlament çoxluğu oxşar qanun layihəsinə baxılmasını dayandırıb və Avropa İttifaqı ilə konstruktiv müzakirə yoluna qayıdıb – “İnanmaq istəyirəm ki, hələ də gec deyil”.