Mixeil Saakaşvili xalqa müraciət edib
19.04.2024 18:44
772
Siyasət
A
Mixeil Saakaşvili xalqa müraciət edib

"Birlik, ilk növbədə, seçkilərdə ümumi siyahı deməkdir - bizim hesablamalarımıza görə, ümumi siyahı olduğu halda, müxalifət 70/30 nisbəti ilə 'Gürcü Arzusu'na qalib gələcək".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili xalqa müraciət edib.

Onun sözlərinə görə, seçkilərdən sonra müxalifət və vətəndaş cəmiyyəti məhkəmədəki dəyişikliklər, deoliqarxizasiya prinsipləri və gələcək konsensual prezidentliyə namizədlə bağlı razılığa gəlməlidir.

“Ölkə üçün həlledici məqamda qürurlu, güclü xalqımızın əsas nizamı birlikdir. Mən bir şəxs və regional lider kimi bu birlik üçün hər şeyi etməyə hazıram. İlk növbədə, birlik seçkilər üçün ümumi siyahı deməkdir. Partiya nömrəsi təsadüfi seçilə bilər.

Hesablamalarımıza görə, ümumi siyahı olduğu halda müxalifət 70/30 nisbəti ilə 'Gürcü Arzusu'nu məğlub edəcək. O zaman keçid hökuməti formalaşıb, həqiqətən də ölkədə olan və eyni zamanda indiki mərhələdə siyasətin önündə olmayan güclü mütəxəssislərlə təmin olunmalıdır. Müxalifət və vətəndaş cəmiyyəti məhkəmədəki dəyişikliklər, de-oliqarxizasiya prinsipləri və gələcək konsensual prezidentliyə namizəd barədə indi razılaşmalıdır”, - Mixeil Saakaşvili söyləyib.

ŞƏRH YAZ
2