
Kateqoriyalar
Aprelin 15 və 16-da Tbilisidə keçirilən etiraz aksiyaları zamanı 5 polis əməkdaşı yaralanıb.
Aktual.ge xəbər verir ki, bunu daxili işlər naziri Vaxtanq Qomelauri bildirib.
“5 polis əməkdaşı xəsarət alıb, onlardan ikisi ağır bədən xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilib, ümumilikdə 40 nəfəri inzibati qaydada saxlamışıq”,-o deyib.