20.04.2024 16:15
659
Siyasət
A
"Gürcü Arzusu"nun sədri şərt qoydu: Bu təqdirdə "Xarici təsirin şəffaflığı" qanunu ləğv edilə bilər

"Bu gün biz Avropa İttifaqına üzvü ölkə olmağa hazır deyilik, düzdür, mənimlə razısınızmı? Bu gün ölkənin Avropa İttifaqına üzv ola biləcəyi ilə bağlı konsensus yoxdur, xüsusən indi, o qədər çox problemlər var və bilirsiniz ki, bu, vaxt aparacaq".

Aktual.ge xəbər verir ki, bu fikirləri hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili Şida Kartli bölgəsində jurnalistlərə müsahibəsində bildirib.

O, eyni zamanda ölkənin bir nömrəli gündəm mövzusu olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi barədə də danışıb.

“Əvvəla, deyək ki, ölkə maksimuma çatıb, pik nöqtəsi ötən ilin dekabrında olub, biz [Avropa İttifaqına] namizəd ölkə olduq. Növbəti addım üzv olmaqdır. Bu gün biz ölkə ola bilmirik, üzv ölkə olmağa hazır deyilik, mənimlə razısınızmı? Bu gün bir ölkənin Avropa İttifaqına üzv ola biləcəyi ilə bağlı konsensus yoxdur, xüsusən də indi o qədər problemlər var ki, bunun çox vaxt aparacağını bilirsiniz. Bu gün Aİ genişlənməyə hazır deyil və bu, vaxt aparacaq və bu növbəti addımlar çox şeydən, bir çox amillərdən asılıdır. Mən sizə çox sadə şəkildə demək istəyirəm, əgər ölkə hazır olanda və bizə desələr ki, sabah Avropa Birliyinə üzv olacaqsınız, bu qanunu çox asanlıqla ləğv etmək, yenidən işləmək, dəyişdirmək, yenisini qəbul etmək olar. Narahat olmayın, hər şey çox yaxşıdır”, - İrakli Qaribaşvili deyib.

ŞƏRH YAZ
18