İrakli Qaribaşvili: İvanişvili bunu etməsəydi ölkəmiz olmazdı
20.04.2024 16:32
475
Siyasət
A
İrakli Qaribaşvili: İvanişvili bunu etməsəydi ölkəmiz olmazdı

"Heç kimin illüziyası olmasın ki, burada kimsə nəsə təşkil edəcək, kiçik bir qanunsuzluq olduğu təqdirdə hamı ciddi şəkildə cəzalandırılacaq. Parlament müzakirə və mübahisələrin aparıla biləcəyi yerdir, qalan hər şey seçkilərdə həll olunmalıdır".

Aktual.ge xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Qaribaşvili deyib.

O, sabiq Prezident Mixeil Saakaşvilini də tənqid edib və maniyak adlandırıb.

“Bidzina İvanişvili ölkəmizə öz cibindən xeyriyyə işləri üçün 3 milyard dollar xərcləyib və adam özünü kənara qoyub, dəhşətli rejimi aradan qaldırıb, xalqımızı zülmdən, səfalətdən qurtarıb. 2012-ci ildə bunu etməsəydi, bu gün ölkəmiz olmazdı, cənab Bidzina İvanişvili və 'Gürcü Arzusu' hakimiyyətə gəlməsəydi, bu gün ölkəmiz olmazdı. Əgər bu manyak, sizin lideriniz, Saakaşvili hələ də hakimiyyətdə olsaydı, bəla olardı, vizasız rejim, Avropaya inteqrasiya, status yox idi və məhv olmuş ölkəniz olardı. Buyurun, düşünün. Bir daha hamıya müraciət etmək istəyirəm, heç bir illüziyaya qapılmayın ki, kimsə burada nəsə təşkil edəcək, bu, kiçik bir səhv olduğu təqdirdə hamı ciddi şəkildə cəzalandırılacaq. Hər kəsin qanun çərçivəsində öz fikrini ifadə etmək hüququ var, Parlament müzakirənin, debatın aparıla biləcəyi yerdir, qalan hər şey seçkidə həll olunmalıdır. Seçkilər demokratik, azad, şəffaf olacaq və heç bir sual qalmayacaq. Ölkə bundan sonra da dinc inkişafını, sabitliyini və firavanlığını davam etdirəcək" , - deyə İrakli Qaribaşvili qeyd edib.

ŞƏRH YAZ
23