Tbilisidə
20.04.2024 18:07
298
Siyasət
A
Tbilisidə "Qadın Hərəkatı"nın yürüşü başladı - NÖVBƏTİ AKSİYA

Qadın hərəkatının Tbilisinin Respublika meydanından Parlamentin önünə doğru “Qadınlar Avropanı seçir” adlı yürüşü başlayıb.

Aktual.ge xəbər verir ki, çox sayda iştirakçının qatıldığı aksiyada nümayişçilər "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin geri götürülməsini tələb edirlər.

"Biz elə bir dövlətdə yaşayırıq ki, qadınların hüquqlarını heç vaxt lazımi səviyyədə qorumayıb, problemlərimizlə maraqlanmayıb. Rusiya qanunlarına görə, nəhayət, bizi bütün sahələrdən təqib edirlər. Zorakılığa məruz qalanda, müalicə axtaranda, övladlarımızın dərmana ehtiyacı olanda, xərçəng xəstəsi olan qadınlar və ailə üzvləri kömək istədikdə və ya hər hansı başqa problemlə üzləşdikdə artıq səsimizi çıxara bilməyəcəyik. Çünki parlamentdə bizim maraqlarımızın müdafiəçisi olmayacaq, sizə və bir-birinizə səs verəcək müstəqil media olmayacaq! Rusiya qanunları və gender kvotalarının ləğvi ümumi məqsəd daşıyır - hakimiyyəti saxlamaq, bu, Gürcüstanda yaşayan bütün qadınlar üçün daha böyük təhlükə yaradır" , - aksiyanın təşkilatçılkarının bəyanatında deyilir. 

Bununla belə saat 7-də Parlamentin önündə "Rus qanununa yox!" adlı aksiya keçiriləcək.

ŞƏRH YAZ
1