Ölkənin əsas prospekti bağlanıb, gənclərin yürüş aksiyası davam edir
20.04.2024 21:42
344
Siyasət
A
Ölkənin əsas prospekti bağlanıb, gənclərin yürüş aksiyası davam edir

Tbilisidə "Rus qanununa yox!" adlı etiraz aksiyasının altıncı günündə də ölkənin əsas prospekti Rustaveli nəqliyyatın hərəkətinə bağlanıb.

Aktual.ge xəbər verir ki, nümayişçilər "Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsinə etiraz edirlər və sözügedən qanunun geri götürülməsini tələb edirlər.

Etirazçılar Rustavelu prospektindən əllərində Gürcüstan və Avropa bayraqı ilə "Rusiya qanununa yox, Avropaya hə", "Yaşası Gürcüstan", "Rus qanununa yox!" kimi şüarları səsləndirərək Prezident sarayına yürüş edirlər. Onlar Prezidentə tutduğu mövqeyə və sözügedən qanun layihəsinə veto qoyacağı üçün təşəkkür edirlər.

Etirazçılar bildirib ki, onlar polisin su şırnağından və gözyaşardıcı qazlarından qoruxmurlar.

Qeyd edək ki, son 3 gündür "Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsinə qarşı etiraz aksiyası kortəbii təşkil olunur. Aksiyanın əsas təşkilatçıları müxtəlif univeristetlərin tələbələridir.

ŞƏRH YAZ
3