Son 5 ildə Marneulidə yeni yaşayış binalarının tikintisi sürətlə artmağa davam edir. 9 mərtəbəli, hətta 13 mərtəbəli yeni yaşayış binalarına isə tələbatın çox olduğu görülməkdədir.
Aktual.ge xəbər portalının apardığı araşdırmalara görə, çoxmənzilli yeni binalardan ən çox kənd sakinləri, o cümlədən qonşu şəhər sakinləri mənzil alır. Hətta, köhnə 5 mərtəbəli binalardan öz mənzilini satıb yeni binalara da üz tutanların sayı da heç az deyil.
3 il əvvəl yeni yaşayış binalarında bir mənzilin kvadratmetri 350 ilə 450 dollar idisə, hazırda 550 dollar ilə 600 arası dəyişir.
İddialara görə, satıcılar öz aralarında standart qiymət müəyyənləşdirib və mənzilin satışını müvafiq qiymətlərdən ucuza satmağı qadağan ediblər.
Əldə etdiyimiz məlumata görə, bu mərhələdə Marneulidə 10-a qədər yeni yaşayış binasının tikintisi öz icazəsini gözləyir.
Maraqlıdır ki, qiymətlərin bu dərəcə baha olmasında aidiyyatı qurumlar, o cümlədən Rəqabət Agentliyi hərhansısa bir tədbir görürmü yoxsa bütün bunlardan agah deyilmi. Bu da sual işarəsi olaraq qalmaqdadır.