21.10.2020 16:05
1139
Hadisə
A
"Girovlarla yer dəyişdirməyə hazıram” - Qiqi Uqulava
“Polisdən bir xahiş edərək girovlarla yer dəyişdirməyi təklif etmək istəyirəm”. Aktual.ge xəbər verir ki, bunu müxalif “Avropalı Gürcüstan” partiyasının Zuqdidi üzrə majoritar namizədi Qiqi Uqulava silahlı hücum olunan bankın önündə jurnalistlərə müsahibəsi zamanı bildirib. "Polisdən bir xahiş edərək girovlarla yer dəyişdirməyi təklif etmək istəyirəm. Binada girov qalan 3 nəfər var. Əgər içəridəki şəxslə əlaqə saxlaya bilirsinizsə ona mənim buna hazır olduğumu bildirin. Dövlətin danışıqlar aparmaq səlahiyyəti var", - deyə Q.Uqulava söyləyib. Qeyd edək ki, hazırda Zuqdidinin mərkəzində xüsusi əməliyyat keçirilir. Mövcud məlumatlara görə, silahlı bir şəxs Zuqdidinin mərkəzində yerləşən “Gürcüstan Bankı”na girərək içəridəki bank işçilərini girov götürüb. Girovların dəqiq sayı hələ ki, məlum deyil. Xüsusi təyinatlılar hadisə yerinə səfərbər olunur. Bildirilir ki, girovlardan bəziləri yanğın pilləkəninin köməyi ilə binanın arxasından çıxarılır.
ŞƏRH YAZ
1