Bankda girovda olan bir nəfər:
21.10.2020 16:56
717
Kriminal
A
Bankda girovda olan bir nəfər: "Girov götürən şəxs dişlərinə qədər silahlanmışdır"
"Binada bir otaqda 19 nəfər var. Yanımızda isə əlində pulemyot, tapança, əl bombası və dişlərinədək silahlanmış girov götürən şəxs var. Bu səbəbdən hər hansı bir zorakılıq halı buradakı insanların ölümü ilə nəticələnə bilər". Aktual.ge Report-a istinadən xəbər verir ki, bunu hazırda Zuqdididə "Gürcüstan Bank"dakı girovlardan "Mtavari Arxi" telekanalına canlı bağlantısında deyib. "Cinayətkar 500 min dollar tələb edir və danışıqlar aparmaq üçün qanuni bir şəxsin silahsız olaraq ən qısa zamanda içəri daxil olmağını, girovlarla birlikdə binanı təhlükəsiz şəkildə tərk etmək üçün vertalyot və ya avtomobil tələb edir. Cinayətkar hazırda mənim yanımdadır", - deyə İ.Kvaraçxelia deyib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarının şəxslə əlaqə qurduğunu və danışıqlar aparmağa çalışdığını, buna baxmayaraq binaya indiyə qədər heç kimin girmədiyini qeyd edib. "Ona içəri girəcəklərinə dair vəd verdilər lakin bir saatdır buradayıq və heç kim içəri girməyib. Kim nə vaxt girəcək bilinmir", - deyə bankın içində olan girovlardan biri olan İ.Kvaraçxelia söyləyib. Hadisə yerinə çox sayda hüquq mühafizə orqanları və xüsusi təyyinatlılar səfər olunub. Qeyd edək ki, hazırda Zuqdidinin mərkəzində xüsusi əməliyyat keçirilir. Mövcud məlumatlara görə, silahlı bir şəxs Zuqdidinin mərkəzində yerləşən “Gürcüstan Bankı”na girərək içəridəki bank işçilərini girov götürüb. Girovların dəqiq sayı hələ ki, məlum deyil. Xüsusi təyinatlılar hadisə yerinə səfərbər olunur. Bildirilir ki, girovlardan bəziləri yanğın pilləkəninin köməyi ilə binanın arxasından çıxarılır.
ŞƏRH YAZ
2