SON DƏQİQƏ! Ölkə vahimə içərisindədi - Zuqdididə soyğunçunun verdiyi 2 saat bitdi
21.10.2020 18:29
1010
Kriminal
A
SON DƏQİQƏ! Ölkə vahimə içərisindədi - Zuqdididə soyğunçunun verdiyi 2 saat bitdi
"Gürcüstan Bankı"na girən silahlı quldurun verdiyi 2 saatlıq müddət başa çatdı. Aktual.ge xəbər verir ki, Zugdididə sözügedən bankın filialında olan girovlardan biri İrakli Kvaratskhelia "Mtavari Arxi" telekanalı vasitəsiylə bir daha əlaqə saxlayıb və səlahiyyətlilərə təcavüzkarın tələbini yerinə yetirməyə çağırıb: "Verilən vaxt bitdi. Siyasi bir işi həll etmə vaxtı deyil. Həyatımız təhlükə altındadır. Biz o qədər çoxuq, hər an hər birimizin həyatı bitə bilər. Bu şəxsə bu pulu verin və buraxın". Qeyd edək ki, silahlı təxavüzkar səlahiyyətlilərin tələblərini yerinə yetirmək üçün 2 saat vaxt vermiş idi və 500.000 dollar, bir helikopter və xüsusi təyinatlıların bölgədən çəkilməsini tələb etmişdi.
ŞƏRH YAZ
1