Vəziyyət gərgin olaraq qalmaqdadır - DİN rəhbəri Zuqdidiyə səfər edib
21.10.2020 19:11
1468
Kriminal
A
Vəziyyət gərgin olaraq qalmaqdadır - DİN rəhbəri Zuqdidiyə səfər edib
Daxili işlər naziri Vakhtanq Qomelauri Zuqdididədir. Aktual.ge yerli mediaya istinadən xəbər verir ki, nazir Bələdiyyə binasına gedib və Samegrelo-Zemo Svaneti qubernatorunun müavini Malxaz Toria və Zugdidi Bələdiyyə Başçısı Giorgi Şengelia ilə görüşüb. Verilən məlumata əsasən, görüş hazırda davam edir. Məlumat üçün bildirək ki, bu gün günorta saatlarında bir nəfər silahlı və əli qumbaralı Zuqdididəki "Gürcüstan Bank"ın filialına hücum edib və bank əməkdaşlarını eləcə də müştəriləri girov götürüb. Soyğunçu 500 min dollar pul tələb edir. Vəziyyət isə Zuqdididə hələ də gərgin olaraq qalmaqdadır. Qeyd edək ki, hüquq mühafizə orqanları, xüsusi təyyinatlılar və digər aidiyyatı qurumlar hazırda sözügedən bank filialının ətrafını mühasirəyə alıb
ŞƏRH YAZ
0