Zuqdididə gərginlik sabitləşmir - Namizədlər arasında qarşıdurma baş verib
21.10.2020 21:45
390
Hadisə
A
Zuqdididə gərginlik sabitləşmir - Namizədlər arasında qarşıdurma baş verib
Zuqdididə “Gürcüstan Bankı” yaxınlığında fiziki və sözlü qarşıdurma baş verib. Aktual.ge xəbər verir ki, hadisə zamanı müxalif "Avropalı Gürcüstan" və "Gürcü Marşı" üzvləri qarşı-qarşıya gəliblər. Məlumata əsasən, qarşıdurma faktı "Avropalı Gürcüstan"ın majoritar namizədi Qiqi Uqulava və "Marş"ın majoritar namizədi Giorgi Qabedava arasında baş verib. Şifahi qarşıdurma bir neçə dəqiqə davam edib, vəziyyət polis tərəfindən sakitləşdirilib. Bunun ardınca isə hadisə ilə bağlı jurnalistlərə müsahibə verərkən Giorgi Qabedavanı arxadan su dolu bir şüşə ilə vurublar.
ŞƏRH YAZ
2