Rəsmi Moskva ABŞ-ın Gürcüstanla bağlı bəyanatına sərt reaksiya verdi
15.05.2024 11:29
565
Siyasət
A
Rəsmi Moskva ABŞ-ın Gürcüstanla bağlı bəyanatına sərt reaksiya verdi

"Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin 'Gürcüstanla münasibətlərə yenidən baxılmalıdır' sözləri açıq təhdiddir".

Aktual.ge xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

“Bu konkret təhdiddir. Birbaşa [Gürcüstana] deyirlər: 'Bu qanunu qəbul etməyin' ",  - Zaxarova deyib.

O əlavə edib ki, Ağ Evin bu reaksiyası maliyyə mənbələrinin aşkarlanması qorxusu ilə bağlıdır ki, bu da konkret dövlətin suverenliyinin məhv edilməsinin birbaşa sübutu olacaq.

Onun sözlərinə görə, bu, ABŞ-ın Gürcüstanın daxili siyasətinə birbaşa müdaxiləsidir.

Məlumat üçün bildirək ki, 14 may tarixində Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi brifinqdə Gürcüstanda "xarici təsirin şəffaflığı" qanunu ətrafında baş verənlərə münasibət bildirib

ŞƏRH YAZ
12