
Kateqoriyalar
Gürcüstan Prezidenti Salome Zurabişvili bu ilin oktyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar “Avropa platforması” formalaşdırıb.
Aktual.ge xəbər verir ki, bu barədə Salome Zurabişvili Latviya, Litva, Estoniya və İslandiya XİN başçıları ilə mətbuata birgə açıqlamasında məlumat verib.
O, bildirib ki, artıq bir neçə həftədir üzərində işlədiyi platformanı rəsmi şəkildə ictimaiyyətə təqdim edəcək.
Prezident qeyd edib ki, platformanın məqsədi qarşıdan gələn seçkilərlə bağlı Gürcüstanı birləşdirmək, əhalini səfərbər etmək və ölkəni seçkilər yolu ilə “öz yoluna qaytarmaq”dır.
“Biz Gürcüstanı sülh yoluna, Avropa yoluna qaytarmaq üçün birlikdə qalib gələcəyik”, - Salome Zurabişvili deyib.