London birjasında Gürcüstan şirkətlərinin səhmlərinin qiyməti ucuzlaşır.
Aktual.ge xəbər verir ki, bugünkü ticarət nəticəsində "Bank of Georgia" və "TBC", eləcə də "Capital of Georgia" səhmlərinin dəyəri olduqça azalıb.
Tbilisi vaxtı ilə saat 13:30-da:
"Bank of Georgia"nın səhmlərinin qiyməti 12,18% ucuzlaşıb və hazırda bir səhmin dəyəri 41,45 funt sterlinq təşkil edir. Şirkətin bazar kapitalizasiyası hazırda 2,138 milyard sterlinq təşkil edir.
"TBC"nin səhmlərinin dəyəri 9,32% azalıb. Bankın bir səhmi 26,75 funt sterlinq dəyərindədir. Hazırda şirkətin bazar kapitallaşması 1,634 milyard funt sterlinq təşkil edir.
“Georgian Capital”ın (CGEO) səhmlərinin dəyəri 6,48% azalıb, nəticədə bir səhmin qiyməti 10,10 funt sterlinq olub.
Beynəlxalq tərəfdaşların çağırışlarına və vətəndaşların etirazlarına baxmayaraq, hakim “Gürcü Arzusu” mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib. Gürcüstanın qərb tərəfdaşları tərəfindən bir sıra çağırışlar və bəyanatlar səsləndirilib ki, qanun indiki formada qalarsa və hökumət Prezident Salome Zurabişvilinin vetosundan yan keçərsə, qanunu qəbul edən deputatlara və Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq oluna bilər.