15.05.2024 16:20
488
Siyasət
A
"İnvestorlar Gürcüstandaki riski görüb səhmləri satmağa başladılar" - Beynəlxalq brijada nələr baş verir?

" 'Rus qanunun' nəticəsi artıq Gürcüstanda öz əksini tapıb ki, Gürcüstan şirkətlərinin London birjasında yer alan səhmlərinin qiyməti aşağı düşür”.

Aktual.ge xəbər verir ki, bu barədə “Cəmiyyət və Banklar” təşkilatının təsisçisi Giorgi Kepuladze bildirib.

Onun sözlərinə görə, investorlar Gürcüstandaki baş verən hadisələr fonunda riskləri görüb London birjasında səhmləri satmağa başlayıblar ki, bu da qiymətin ucuzlaşmasına səbəb olub.

“London Fond Birjasında investorlar risk gördülər, səhmləri satmağa başladılar və müvafiq olaraq qiymət də aşağı düşdü. Həmçinin, ümumilikdə ölkədə qeyri-sabit vəziyyət yarananda, daha doğrusu, Gürcüstanın Avropa yolundan yayına biləcəyi ilə bağlı avropalı və ya amerikalı siyasətçilərdən kəskin bəyanatlar eşidiləndə risk göstəricisi artır. Artıq bu, təkcə qanunla bağlı deyil. Söhbət ondan gedir ki, ölkənin reputasiyası əhəmiyyətli dərəcədə zədələnib və onu düzəltmək üçün vaxt və kifayət qədər böyük resurs lazımdır”, - Giorgi Kepuladze BPN-ə bildirib.


Beynəlxalq tərəfdaşların çağırışlarına və vətəndaşların etirazlarına baxmayaraq, hakim “Gürcü Arzusu” mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib. Gürcüstanın Qərb tərəfdaşları tərəfindən bir sıra çağırışlar və bəyanatlar səsləndirilib ki, qanun indiki formada qalarsa və hökumət Prezident Salome Zurabişvilinin vetosundan yan keçərsə, qanunu qəbul edən deputatlara və Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq oluna bilər.

ŞƏRH YAZ
3