Tbilisidə etirazçılar axşama yürüş elan etdilər
15.05.2024 15:39
280
Siyasət
A
Tbilisidə etirazçılar axşama yürüş elan etdilər

Bu gün, saat 20:00-a yürüş elan edilib. Aksiya təşkilatçılarının sözlərinə görə,Vake parkından başlayaraq Çavçavadze və Abaşidze küçələrinədək yürüş edəcəklər.

Aktual.ge xəbər verir ki, bu barədə aksiya iştirakçıları məlumat yayıb.

"Mayın 15-də, saat 20:00-da biz hamımız Vake parkına toplaşıb Çavçavadze və Abaşidze küçələrinədək yürüş təşkil edəcəyik, hər iki küçəni eyni vaxtda bağlayaraq, nə qədər çox olduğumuzu göstərəcəyik”, - təşkilatçılar yazır.

ŞƏRH YAZ
2