15.05.2024 18:03
894
Siyasət
A
"Gürcüstanın maliyyə sisteminin iflasa uğraması təhlükəsi böyükdür"

Gürcüstanda fəaliyyət göstərən və beynəlxalq brijalarda ticarət edən şirkətlər üçün London brijasında “Qara çərşənbə” günüdür. "Bank of Georgia"nın səhmlərinin qiyməti 16,74% azalaraq hazırda bir səhmin dəyəri 39,30 funt sterlinq, "TBC Bank"ın səhmlərinin dəyəri 14,41% azalıb, hazırda bankın bir səhmi 25,25 funt sterlinq dəyərindədir, "Georgian Capital" səhmlərinin dəyəri isə 8,24% azalaraq bir səhmi 9,91 funt sterlinq təşkil edir.

Aktual.ge xəbər verir ki, bunu iqtisadiyyat üzrə ekspert, “Strateji Təhlil Mərkəzi”nin təsisçisi Giorgi Ruxadze deyib.

Onun fikrincə hazırda baş verənlər, dünən elan edilmiş sanksiyaların nəticəsidir və ertəsi gün beynəlxalq birjalarda öz əksini tapıb.

İqtisadçı ekspert qeyd edib ki, sanksiyalar rəsmən tətbiq olunarsa, Gürcüstanın maliyyə sisteminin iflasa uğraması təhlükəsi böyükdür.

"Unutmaq olmaz ki, Gürcüstanın maliyyə sistemi 'Bank of Georgia' və 'TBC Bank' kimi sistemli banklara əsaslanır, onlar Qərbin maliyyə sisteminin tərkib hissəsidir. Başqa sözlə desək, bu qanun qüvvədə qalarsa Gürcüstanın maliyyə sisteminin çökməsi təhlükəsi çox böyükdür”, - Giorgi Ruxadze deyib.

Onun sözlərinə görə, indiki şəraitdə hər bir vətəndaşın maliyyəsinin bağlı olduğu öz kapitalını saxlamaq üçün iri biznesmenlərin və maliyyə qurumlarının mövqeyi zəruridir.  

“Əgər bu vəziyyətdə iş adamlarının mövqeyi vacib olmasaydı, nə Kobaxidze gündə üç dəfə iş adamları ilə görüşərdi, nə də O`Brayen çox qısa səfərində iş adamları ilə görüşü qeydə alardı. Çünki 'Bank of Georgia' və 'TBC' gürcü şirkətləri deyil, Britaniyada qeydiyyatdan keçmiş şirkətlərdir, lakin Gürcüstanda fəaliyyət göstərirlər, ona görə də onların kifayət qədər sərbəstlikləri var, Gürcüstan hökumətindən daha az asılıdırlar. Unutmaq olmaz ki, maliyyə sistemi, iri, kiçik və orta biznes, o cümlədən bizim əmanətlərimiz, pulumuz, həyatımız hamısı onunla bağlıdır. Heç kim neytral qala bilməz və bundan heç kim qalib gələ bilməz, əgər bütün bunlar baş verərsə Gürcüstanın maliyyə sistemi çökər. Düşünürəm ki, böyük biznesmenlər bu barədə yaxşıca düşünməldirlır. 'Gürcü Arzusu'nun, İvanişvilinin etdiyi bu çılğınlığı dayandırmasaq hərbirimiz zərər görəcik”, - Giorgi Ruxadze söyləyib.


Beynəlxalq tərəfdaşların çağırışlarına və vətəndaşların etirazlarına baxmayaraq, hakim “Gürcü Arzusu” mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib. Gürcüstanın Qərb tərəfdaşları tərəfindən bir sıra çağırışlar və bəyanatlar səsləndirilib ki, qanun indiki formada qalarsa və hökumət Prezident Salome Zurabişvilinin vetosundan yan keçərsə, qanunu qəbul edən deputatlara və Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq oluna bilər.

ŞƏRH YAZ
1