Meşveliani Dmanisidə olanlardan danışdı - “Bu məğlub olmağa məhkum bir siyasi qüvvənin təxribatıdır”
22.10.2020 00:40
560
Siyasət
A
Meşveliani Dmanisidə olanlardan danışdı - “Bu məğlub olmağa məhkum bir siyasi qüvvənin təxribatıdır”
" İnsanların sərxoş vəziyyətə gətirilərək onları dolduraraq ‘Gürcü Arzusu’nun üstünə salmaq ‘Milli Hərəkat’ın çox asanlıqla müəyyən edilə bilən əl yazılarıdır”. Bu sözləri Aktual.ge xəbər portalına bir neçə saat öncə Dmanisidə baş vermiş hücum faktı ilə bağlı məlumat verərkən “Gürcü Arzusu”nun Bolnisi, Dmanisi, Tetriçğaro və Tsalka seçki dairəsi üzrə majoritar namizədi Qoqi Meşveliani söyləyib. Majoritar namizədin sözlərinə görə, bu seçkiqabağı gərgin bir mühiti hədəf alan məğlub olmağa məhkum bir siyasi qüvvənin təxribatıdır “Təxminən 2 saat əvvəl 'Gürcü Arzusu' Dmanisi seçki qərargahının qarşısında sərxoş halda olan şəxslər tərəfindən soyuq silahla hücum hadisəsi baş verib. Bu, seçkiqabağı gərgin bir mühiti hədəf alan məğlub olmağa məhkum bir siyasi qüvvənin təxribatıdır. Məqsəd isə seçki prosesinə daha çox zərər vermək və qanunsuz bir seçki prosesi yaratmaq cəhdidir. Təəssüf ki, bu hücum iştirakçıların fiziki xəsarət almalarına səbəb oldu, aktivistlərimizlə birlikdə təcavüzkarlar da yaralandılar. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız cinayəti araşdıraraq yalnız hücum iştirakçılarını deyil, onların icraçılarını və təşəbbüskarlarını məsuliyyətə cəlb edəcəklər. Bir neçə gün əvvəl Naxiduri (Arıxlı), Marneuli, Bolnisidə gördüyümüz şeylə bu gün Dmanisidə baş verənlər eyni əl işidir. İnsanların sərxoş vəziyyətə gətirilərək onları dolduraraq ‘Gürcü Arzusu’nun üstünə salmaq ‘Milli Hərəkat’ın və rəqibimin (Kaxa Okriaşvilini tutur nəzərdə -red) çox asanlıqla müəyyən edilə bilən əl yazılarıdır. Bu günkü hücumla bağlı konkret iştirakçılar haqqında məlumatım yoxdur. Sizə baş verənlərdən danışa bilərəm, qalanlarına Daxili İşlər Nazirliyi aydınlıq gətirəcəkdir. Təcavüzkarlar ofisə daxil olduqda, zərər vermək məqsədi ilə seçki qərargahının rəhbərini axtarıblar. Daha sonra isə məlum olan mübahisə və qarşıdurma yaranıb. Təcavüzkarların dəqiq sayı məlum deyil, sadəcə hadisə zamanı 4 nəfərin yaralandığı məlumdur. Bunlardan biri bizim fəalımızdır. Kimin hansı səbəbdən gəldiyi barədə konkret məlumatım yoxdur”, - deyə Q.Meşveliani deyib. Xatırladaq ki, 21 oktyabr tarixində Dmanisi rayonunda hakim “Gürcü Arzusu”nun seçki qərərgahına silahlı hücum olunub.
ŞƏRH YAZ
3