Türkiyə istehsalı olan məhsullar Ermənistana buraxılmayacaq
22.10.2020 01:14
771
Dünya
A
Türkiyə istehsalı olan məhsullar Ermənistana buraxılmayacaq
Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib. Aktual.ge Unikal-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin aparatının yaydığı məlumatda bildirilib. Bu gün qəbul edilən qərara əsasən, dekabrın 31-dən 6 ay müddətinə Türkiyə istehsalı olan məhsulların Ermənistana gətirilməsi qadağan olunub. Qeyd edək ki, bununla bağlı bir müddət əvvəl qərar layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib.
ŞƏRH YAZ
0