TƏCİLİ: Milli Bank dolların sabitləşməsi üçün hərəkətə keçdi
16.05.2024 14:20
1457
Siyasət
A
TƏCİLİ: Milli Bank dolların sabitləşməsi üçün hərəkətə keçdi

Milli Bank tərəfindən stabilləşmə məqsədilə bazara 60 milyon dollar verilib.

Aktual.ge xəbər veirr ki, bu barədə Gürcüstan Milli Bankı məlumat verib.

Məlumata görə, bazara likvidliyin verilməsi ilə bağlı qərar son günlər valyuta bazarında cərəyan edən “ağrılı proseslər”lə əlaqədar Milli Bank tərəfindən verilib.

“Nəticədə valyutaya həddindən artıq tələbat yaranıb ki, bu da larinin məzənnəsinə əlavə təzyiq yaradıb.

Eyni zamanda izah edirik ki, valyuta bazarında müşahidə olunan dalğalanmalar fundamental makroiqtisadi amillərlə bağlı deyil və buna görə də qısamüddətlidir. Makroiqtisadi parametrlər sağlamdır - beynəlxalq ehtiyatlar tarixi maksimum səviyyədədir, xarici daxilolmalar sabitdir, cari əməliyyatlar hesabının kəsiri tarixi minimumdadır, son üç ildə yüksək iqtisadi artım qeydə alınıb, inflyasiya 3%-lik hədəfdən aşağıdır, fiskal balans dövlət borcu isə davamlı səviyyədə saxlanılır.

Maliyyə sisteminin düzgün və səmərəli işləməsi üçün kommersiya bankları sağlam gəlirliliyə və yüksək keyfiyyətli aktivlərə, möhkəm kapitala və müştərilərə rahat xidmət göstərmək və iqtisadiyyata kredit vermək üçün likvidlik buferlərinə malikdir. Bank sistemində likvid aktivlərin ümumi həcmi bu gün 16,7 milyard lari ekvivalentini ötür ki, bu da potensial şoklara qarşı görünməmiş dayanıqlığın olduğunu göstərir. Bu gün Gürcüstanın maliyyə sistemi Avropada ən güclü sistemlərdən biridir.

Milli Bank bazara nəzarəti davam etdirəcək və maliyyə bazarının sabitliyini təmin etmək üçün bütün mövcud rıçaqlardan istifadə edəcək” , - məlumatda deyilir.

 

Xatırladaq ki,. Son 2 həftə ərzində London Fond Birjasında “Bank of Georgia” və "TBC Bank"nin səhmləri 25% ucuzlaşıb ki, bu da Gürcüstanın 2 ən böyük şirkətinin kapitallaşmasından bir neçə milyardların zərərə uğraması deməkdir. Bununla belə Milli valyuta da devalvasiyaya məruz qalıb. Dünən müəyyən olunmuş və bu gün qüvvədə olan rəsmi məzənnəyə əsasən, lari dollara nisbətən 4,6 tetri, avroya qarşı isə 5,7 tetri ucuzlaşıb.

ŞƏRH YAZ
5