Gürcüstanda son sutkada rekord yoluxma qeydə alındı
22.10.2020 11:00
1052
Sağlamlıq
A
Gürcüstanda son sutkada rekord yoluxma qeydə alındı
Gürcüstanda son sutkada koronavirusa 1 595 yeni yoluxma halı qeydə alınıb, 398 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 22 803-ə çatıb. Sağalanların sayı 9 401, vəfat edənlərin sayı isə 178 olub. Karantin rejimində 4 408, stasionar nəzarətdə isə 3 155 nəfər saxlanılır. 1 848 asimptomatik xəstə xüsusi otellərdə müalicə olunur.
ŞƏRH YAZ
1