DİN: Zuqdididə silahlı təcavüzkar tərəfindən girov götürülmüş 43 nəfər sərbəst buraxıldı
22.10.2020 11:09
261
Hadisə
A
DİN: Zuqdididə silahlı təcavüzkar tərəfindən girov götürülmüş 43 nəfər sərbəst buraxıldı
“Hüquq-mühafizə orqanlarının hadisə yerində keçirdiyi xüsusi əməliyyat və istintaq hərəkətləri hələ başa çatmayıb və fəal şəkildə davam etdirilir”. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Zuqdididə ötən gün baş vermiş hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib. Nazirliyin açıqlamasına əsasən, girov götürülmüş 43 nəfər sərbəst buraxılıb. DİN vətəndaşları əməliyyata mane ola biləcək yoxlanılmamış məlumatlar yaymaqdan çəkinməyə çağırır. “Daxili İşlər Nazirliyi tədricən faktla bağlı əlavə məlumat yayacaq. Hazırki məlumatlara əsasən, silahlı təcavüzkarın bank binasında götürdüyü 43 girov sərbəst buraxılıb və polis tərəfindən təhlükəsiz bir əraziyə aparılıb. Hadisə yerində istintaq tədbirləri davam etdirilir",- deyə açıqlamada qeyd olunub.
ŞƏRH YAZ
0