
Kateqoriyalar
Güclü yağış nəticəsində Tbilisinin Qldani küçələrini su basıb - yolun hərəkət hissəsində avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.
Aktual.ge xəbər verir ki, bununla bağlı sosial vətəndaşlar sosial şəbəkədə paylaşım ediblər.
"Bütün Qldani və Muxiani sular altında qalıb... Bu dəqiqə səkkizinci mikrorayondayam və vəziyyət artıq eynidir. Qldaninin bütün mikrorayonları, Axmeteli metrosunun yaxınlığındakı bütün yeraltı əraziləri su basıb”, - yerli sakinlərdən biri bizə deyir.
Həmçinin yerli sakinlər Xizanişvili və Kerç, eləcə də Qldanisxevi küçələrinin su altında qaldığını deyirlər.