Gürcüstan üçün ağır səhər: Dollar yenidən havalandı
25.05.2024 10:47
2320
İqtisadiyyat
A
Gürcüstan üçün ağır səhər: Dollar yenidən havalandı

Gürcüstan əhalisi üçün ağır səhər, ABŞ dolları bir neçə gün ucuzlaşdıqdan sonra yenidən yüksəlib.

Beynəlxalq "Bloomberg" ticarət platformasında 1 dollar 2.7785 lari təşkil edir.

Aktual.ge xəbər verir ki, bu, "Bloomberg"in saat 10:00-a olan məlumatında öz əksini tapıb.

Xatırladaq ki, Gürcüstan Milli Bankı mayın 25-ə bir dolların rəsmi dəyərini 2.7246 lari dəyərində müəyyən edib.

Məlumat üçün bildirək ki, Gürcüstan Milli Bankı 27 may saat 17:00-də ABŞ dollarının yeni rəsmi məzənnəsini açıqlayacaq.

ŞƏRH YAZ
5