Gürcüstana qoyulan birbaşa xarici investisiyaların və ticarət dövriyyəsinin həcminə görə ABŞ ilk dördlükdə, ən böyük idxal edən ölkələr arasında üçüncü yerdə, pul köçürmələrinin həcminə görə isə ikinci yerdədir.
Aktual.ge xəbər verir ki, bu Milli Statistika Xidmətinin məlumatlarında öz əksini tapıb.
Ötən il Gürcüstana 1 milyard 594 milyon ABŞ dolları sərmayə qoyulub ki, bunun da 153 milyon 500 min dolları (9,6%) ABŞ-ın payına düşüb. Bu rəqəmə görə, ABŞ ən böyük sərmayədar dörd ölkə arasındadır.
Statistikaya görə, 2024-cü ilin yanvar-aprel aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 6 milyard 563 milyon ABŞ dolları təşkil edib ki, bunun da 479 milyon 710 min ABŞ dolları (7,3%) Amerikadan gəlib. Bundan əlavə, cari ilin 4 ayında ABŞ və Gürcüstan arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq, ilk onluqda 4-cü yeri tutub.
Eyni zamanda, Amerika Gürcüstandan ən böyük idxal edən ölkələr arasında 3-cü yerdədir, yanvar-aprel aylarında onun ümumi idxalda payı 9,3% təşkil edib. 2024-cü ilin 4 ayında ümumi idxal 4 milyard 800 min ABŞ dolları təşkil edib ki, bunun da 445 milyon 468 min dolları ABŞ-dan olub.
Gürcüstan məhsullarının ixracına gəlincə, yanvar-aprel aylarında Amerikanın payı 3,9% təşkil edərək, ən böyük ixracatçı ölkələr arasında 8-ci yeri tutub. Bu ilin 4 ayında əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə Gürcüstan məhsullarının ABŞ-a ixracı 95,9% artıb. O cümlədən, bu ilin ilk dörd ayında ABŞ-a 31 milyon 278 min dollar dəyərində Gürcüstan məhsulları ixrac edilib.
Milli Bankın statistikasına görə, ABŞ Gürcüstana pul köçürmələr üzrə ikinci yerdədir. 2024-cü ilin aprel ayının məlumatlarına görə, Gürcüstana ümumilikdə 278 milyon 500 min ABŞ dolları köçürülüb ki, bunun da 16,6 faizi (46,308 milyon ABŞ dolları) ABŞ-dan daxil olub.
Turizm göstəricilərinə gəlincə, cari ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ABŞ-dan gələnlər 25,1% artaraq 11 min 554 nəfər (keçən ilin eyni dövründə 8 063) olub.