Gürcüstanın valyuta ehtiyatlarının həcmi adekvatlıq səviyyəsindən aşağı düşüb - BVF
28.05.2024 01:11
461
İqtisadiyyat
A
Gürcüstanın valyuta ehtiyatlarının həcmi adekvatlıq səviyyəsindən aşağı düşüb - BVF

Gürcüstanın valyuta ehtiyatlarının həcmi adekvatlıq səviyyəsindən aşağı düşüb bu da Gürcüstanın iqtisadiyyatına təsir edəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondundan icmalında deyilir.

BVF-nın qiymətləndirməsinə görə, ötən il ərzində Gürcüstan Milli Bankı ehtiyatların alınması istiqamətində mühüm addımlar atmasına baxmayaraq, illik kəsimdə valyuta ehtiyatlarının səviyyəsi yenə də azalmışdır. Ehtiyatların ümumi həcmi isə olması gərəkdiyindən daha aşağıdır.

2024-cü ilin aprel ayına olan məlumata görə, Gürcüstanın valyuta ehtiyatlarının həcmi 4,81 milyard dollar olub, mart ayı ilə müqayisədə apreldə ehtiyatlar 37 milyon dollar artıb, lakin 2023-cü ilin eyni dövrü ilə müqayisədə ehtiyatlar 325 milyon dollar azalıb.

"Milli Bankın əhəmiyyətli ehtiyat alışı siyasətinə baxmayaraq, Gürcüstanın valyuta ehtiyatlarının səviyyəsi BVF-nin adekvatlıq həddindən aşağı düşüb", - BVF icmalında deyilir.

Bildirək ki, may ayında valyuta ehtiyatlarının həcminin necə dəyişdiyi iyunun 7-də açıqlanacaq. Bu ay, mayın 16-da Milli Bank 2024-cü ilin ilk valyuta hərracı keçirib və 60 milyon dollar satıb ki, bu da ehtiyatların həcminin azalmasına təsir göstərəcək./BM

ŞƏRH YAZ
6