Lari ucuzlaşır, dollar bahalaşır - Ekspertlər səbəbini belə İZAH EDİR
28.05.2024 12:18
1071
İqtisadiyyat
A
Lari ucuzlaşır, dollar bahalaşır - Ekspertlər səbəbini belə İZAH EDİR

Milli valyuta lari yenidən devalvasiyaya uğrayıb. Cəmi bir gündə lari dollara nisbətən 4 tetri, avroya qarşı isə 5 tetri ucuzlaşıb. Milli Bank ehtiyatları satmaqla bu prosesi dayandırmağa çalışsa da, Beynəlxalq Valyuta Fondu Gürcüstanın ehtiyatlarının aşağı səviyyədə olduğunu bildirib.

Aktual.ge xəbər verir ki, iqtisadçılar larinin dollar qarşısında daha da ucuzlaşacağını proqnoz edirlər və larinin devalivasiyasını "Xarici təsirin şəffaflığı haqqında" qanunla əlaqələndirirlər.

İqtisadçı ekspertlərin fikrincə, larinin zəyifləməsi qiymətlərə və investisiyalara təsir edəcək, iş yerlərində inhisar yaranacaq və ölkə yoxsulluğun astanasında olacaq.

"Larini süni şəkildə gücləndirmək yanlışdır, çünki bu, böyük miqdarda yararsız ehtiyatların israfına səbəb olardı. Qanun qəbul olunsa və onun icrasına başlansa, iqtisadiyyatda da qeyri-sabitliyin artacağını və qeyri-sabitliyin bu artımının birdəfəlik deyil, daimi proses olacağını gözləmək lazımdır. Qərbin sanksiya etdiyi iqtisadiyyat Qərb investorları üçün maraqlı və investisiya obyektinə çevrilə bilməz və təbii ki, bu, mövcud investisiyalarla yanaşı, yeni investisiyalara da təsir edəcək", - iqtisadiyyat üzrə ekspert Giorgi Xiştovani söyləyib.

Digər iqtisadçı ekspert Akaki Tsomaia isə deyib ki, ABŞ "xarici təsirin şəffaflığı haqqında" qanuna qarşı müəyyən edəcəyi maliyyə sanksiyaları qüvvəyə mindiyi təqdirdə bu, larinin məzənnəsinə mənfi təsir göstərəcək. 

"Məlum qanun qəbul edildikdə və ABŞ tərəfindən maliyyə sanksiyalarının elan edilməsi prosesi başlayanda ölkədən kapital axını prosesi aktiv şəkildə başlayacaq və biz larinin genişmiqyaslı devalvasiyasını gözləməliyik. Kursu ayaqda saxlamaq mümkün olmayacaq" , - deyib Akaki Tsomaia.   

ŞƏRH YAZ
3