Bu gün Marneuli bələdiyyə məclisinin iclası keçirilib-VİDEO
28.05.2024 15:25
307
Siyasət
A
Bu gün Marneuli bələdiyyə məclisinin iclası keçirilib-VİDEO

Bu gün Marneuli bələdiyyə məclisinin iclası baş tutdu. İclasda 16 məsələ müzakirə olundu. Deputatlar hər bir məsələyə müsbət qərar verdilər. Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze gündəlik qaydada nəzərdə tutulmuş məsələlərin müzakirəsinə başlamazdan əvvəl bələdiyyədə çayların daşması nəticəsində zərərçəkən sakinlərin yanında olduğunu, heç kəsin diqqətdən kənar qalmayacağını və bununla əlaqədar işçi qrupun yaradıldığı bildirdi. Onun sözlərinə görə işçi qrupları kəndlərə gedərək vəziyyəti yerində öyrənirlər daha sonra hərkəsə müvafiq dəstək göstəriləcək.

Bundan əlavə Amiran Qiorqadze 28 May Azərbaycan Respublikasının Müstəqllik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan vətəndaşlarını təbrik edib. Bildirib ki, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Aktual.ge ətraflı siujeti təqdim edir:

ŞƏRH YAZ
3