Müzakirələrə səbəb olan foto ilə bağlı Zaur Darğallı AÇIQLAMA VERDİ
28.05.2024 16:59
3823
Siyasət
A
Müzakirələrə səbəb olan foto ilə bağlı Zaur Darğallı AÇIQLAMA VERDİ

"Formula" telekanalı Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallının Parlamentin plenar iclasında yatdığını iddia edən fotogörüntü paylaşıb.

Məsələ ilə bağlı Aktual.ge xəbər portalına danışan Zaur Darğallı sözügedən fotogörüntü ilə bağlı açıqlama verib və qeyd edib ki, "Həmin vaxt telefona gələn səsli mesaja qulaq asırdım". 

O, müvafiq fotonun yayılması ilə bağlı "Formula" telekanalını yalan yaymaq da ittiham edib.

"Diqqət etsəniz görərsiz ki, telefona gələn səsli mesajı dinləyirdim. Parlamentin plenar iclasında müzakirələr getdiyi üçün səs-küy var, mobil telefonuma səsli mesaj gəldi, 3-5 saniyəlik onu dinləmək üçün əyilib ona qulaq asmalı oldum bu anı isə 'Formula' telekanalı lentə alıb, güya yatırammış kimi yayımlayıb. Onsuz da bu müxalifət telekanalları - 'Formula', 'Tvpirveli', 'Mtavari' hər zaman yalan məlumatlar paylaşırlar. Və icmada da müxalif partiyaların nümayəndələri həmin şəkili paylaşırlar, bunların işi budur. Bunlar əhaliyə yalan göstərirlər və insanları aldadırlar. Elə bu şəkildə bunların yalan yaymağının əyani sübutudur" , - Zaur Darğallı söyləyib.

Qeyd edək ki, hazırda Parlamentdə "xarici təsirin şəffaflığı haqqında" qanuna Prezident tərəfindən qoyulan vetonun ləğvi üçün qanunverici orqanın plenar iclasında müzakirələr davam edir. "Formula" telekanalı Zaur Darğallının iclasda yatdığını iddia edən foto məlumat paylaşıb və qeyd edib ki, "Gürcü Arzusu deputatı Zaur Darğallı yatır, komanda yoldaşları isə prezidentin vetosunu ləğv etməyə hazırlaşır".

ŞƏRH YAZ
21