
Kateqoriyalar
Gürcüstan Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və onun daha da möhkəmlənməsinə ümid edir.
Aktual.ge xəbər verir ki, bu barədə xarici işlər naziri İlya Darçiaşvili “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Gürcüstanın strateji tərəfdaşı və yaxın qonşusu olan Azərbaycanın Müstəqillik Günü münasibətilə onun xalqına və hökumətinə, eləcə də həmkarım Ceyhun Bayramova ürəkdən təbriklərimi çatdırıram. Biz etibarlı strateji tərəfdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik”, - paylaşımda qeyd edilib.